Prezident İlham Əliyev iyulun 27-də Emin Əmrullayevin Azərbaycan Respublikasının Təhsil naziri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilsin".