QHT-lərin təsis sənədlərində edilən dəyişikliklərin qeydiyyatı qaydası müəyyən edilib

642

Qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin dövlət qeydiyyatı bu Qanunun tələbləri nəzərə alınmaqla və gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə Ədliyyə Nazirliyinin “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə də həyata keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunda əksini tapıb. 

Qanuna əsasən, Ədliyyə Nazirliyinin “Fərdi elektron pəncərə” elektron məlumat sistemində sənədlər gücləndirilmiş elektron imza ilə təsdiq olunacaq, sistemin iştirakçıları və istifadəçiləri öz fəaliyyətində həmin sistem vasitəsilə əldə edilən sənədlərdən istifadə edəcəklər. Həmin sistemdən əldə edilən sənədlər dövlət qurumlarına və şəxslərə kağız daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada təqdim olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: