Azərbaycanda domen adlarının milli inzibatçısı müəyyənləşdirilib

A- A A+

Telekomnukasiya haqqında” qanuna dəyişiklik təsdiqlənib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna 2 yeni maddə əlavə olunub.

1.0.20 maddəsinə əsasən, domen adlarının milli inzibatçısı - “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxsdir.

7.10-1 maddəsinə əsasən, “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının qeydiyyatı və onlara texniki xidmət üzrə ödənişin məbləği Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə razılaşdırılmaqla, domen adının milli inzibatçısı tərəfindən müəyyən ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: