Prezident İlham Əliyev “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, qanuna əsasən, İşsizlikdən sığorta fondunun bu il üzrə büdcəsi dəyişdirilərək gəlirləri və xərcləri artırılıb.
Qanunda İşsizlikdən Sığorta Fondunun 2020-ci il büdcəsinin gəlirləri 151 milyon 235 min 400 manat, xərcləri 151 milyon 235 min 400 manat məbləğində təsdiq edilib.