Prezident İlham Əliyev “LUKOYL” neft şirkətinin prezidenti Vahid Ələkbərova təbrik məktubu göndərib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli Vahid Yusuf oğlu, Sizi əlamətdar yubileyiniz – anadan olmağınızın 70 illiyi münasibətilə ürəkdən təbrik edirəm.
Sizin peşəkarlığınız və təşkilatçılıq istedadınız sayəsində bu gün “LUKOYL” dünyada ən iri neft-qaz şirkətlərindən biridir.
“LUKOYL” şirkətinin bizim ölkəmizdə çoxillik səmərəli fəaliyyəti Azərbaycan-Rusiya qarşılıqlı iqtisadi əlaqələrinin genişlənməsinə mühüm töhfə verir, bununla da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə şərait yaradır.
Sizə uzun ömür, möhkəm cansağlığı, firavanlıq və yeni uğurlar arzu edirəm".