Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsində dəyişiklik edib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 906 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanında əksini tapıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirləri 12 milyard 384 milyon 88,2 min manatdan 7 milyard 832 milyon 893,4 min manata endirilib, xərcləri isə 11 milyard 589 milyon 910,3 min manatdan 12 milyard 439 milyon 910,3 manata qaldırılıb.