Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 2-də Sara Əzimovanın Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü təyin edilməsi haqqında Sərəncam imzalayıb:
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Sara Nurəddin qızı Əzimova 4 il müddətinə Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü təyin edilsin”.
Qeyd edək ki, Sara Əzimova bundan əvvəlki 4 il müddətində də Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü olub. 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.