Prezident İlham Əliyev sentyabrın 5-də İqor Seçinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əlaqələrin inkişafında xidmətlərinə görə İqor İvanoviç Seçin “Dostluq” ordeni ilə təltif edilsin".