Azərbaycan Prezidenti braziliyalı həmkarını təbrik edib

A- A A+

Azərbaycan Prezidenti İlham Əliyev Braziliyanın Prezidenti Jair Bolsonaruya bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Braziliya arasındakı münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəyinə və genişlənəcəyinə inandığını bildirib.

Prezident İlham Əliyev Prezident Jair Bolsonaruya möhkəm cansağlığı, işlərində uğurlar, ölkəsinə əmin-amanlıq və rifah diləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: