Prezident İlham Əliyev sentyabrın 11-də Albert Lixanovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında humanitar əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Albert Anatolyeviç Lixanov “Dostluq” ordeni ilə təltif edilsin".