Camaldın-Ərəzin kənd avtomobil yolu istifadəyə verilib - FOTOLAR
Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, həm də ölkəmizin iqtisadi qüdrətinin mühüm göstəricisidir. Muxtar respublikamızda müasir və təhlükəsiz yol şəbəkələri yaradılır, kənd yollarının yenidən qurulması diqqətdə saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Camaldın-Ərəzin kənd avtomobil yolu yenidən qurulmuşdur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Camaldın-Ərəzin kənd avtomobil yolunun açılışını edib
Bildirilmişdir ki, ümumi uzunluğu 12,9 kilometr olan avtomobil yolu yenidən qurulmuş, asfalt örtük salınmışdır. Eyni zamanda 9 kilometrlik kənddaxili yollar da təmir olunaraq qum-çınqıl qatı verilmiş, 262 metr məsafədə sahilbərkitmə işləri aparılmışdır. Yolun üzərində 144 su keçidi qoyulmuş, 1710 metr beton kanal çəkilmiş, 1 körpü təmir edilmişdir.