Ali Məclisin Sədri Sərəncam imzaladı

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 18-də Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasında musiqi təhsili və mədəniyyətin inkişafı sahəsində səmərəli fəaliyyətlərinə görə:

Hüseynov İlqar Adil oğluna

Hüseynova Səmirə Seyran qızına – “Əməkdar müəllim” fəxri adı;

Əsədov Vaqif Mustafa oğluna

Quliyev Nihat Heydər oğluna – “Əməkdar artist” fəxri adı verilsin".

Xatırladaq ki, 18 sentyabr ölkəmizdə "Milli Musiqi Günü" kimi qeyd olunur.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: