Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 18-də Oktay Qurbanovun “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında bank sisteminin inkişafında səmərəli fəaliyyətinə görə Oktay Aftandil oğlu Qurbanov “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilsin".
Qeyd edək ki, Oktay Qurbanov "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının müdiri vəzifəsində çalışır.