Prezident İlham ƏliyevAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, sərəncamda qeyd olunub ki, 2018-ci ilin noyabr ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradılmasının 90 illiyi tamam olur.
Mütərəqqi ideyalı səhnə əsərləri ilə gənc nəslin bədii-estetik zövqünün formalaşmasında və yüksək əxlaqi-mənəvi dəyərlərin aşılanmasında mühüm rol oynayan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Azərbaycanın teatr tarixində layiqli yer tutur.