Azərbaycan Prezidenti İlham Əliyev diplomatik xidmət orqanları əməkdaşlarını təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncama əsasən, Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilib:
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Canəhmədov Anar Əhəd oğlu
Həbibli Gültəkin Fazil qızı
Kərimov Emil Zülfüqar oğlu
“Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə
Abdullayeva Leyla Yaşar qızı
Hacıyev Hikmət Fərhad oğlu
Süleymanov Nüsrət Süleyman oğlu
Şahhüseynov Elnur Sultan oğlu.