Rəhman Məmmədov təhsil naziri təyin edildi - FƏRMAN

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 11-də Rəhman Məmmədovun Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin edilməsi haqqında fərman imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, fərmanda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rəhman Əli oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının təhsil naziri  təyin edilsin”.

Qeyd edək ki, Rəhman Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar Siyasət Məsələləri və İctimai Təşkilatlarla İş şöbəsinin müdiri vəzifəsində çalışıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: