Prezident İlham Əliyev oktyabrın 17-də general-mayor Hikmət Mirzəyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
General-mayor Hikmət İzzət oğlu Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verilsin".