NUHÇIXAN xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin yaranmasının 20 illiyi münasibətilə, mina təhlükəsi ilə mübarizə sahəsində xüsusi xidmətlərinə və vəzifə borclarını yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin aşağıdakı işçiləri təltif edilib:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Əhmədov Qəzənfər Rövşən oğlu
“Vətən uğrunda” medalı ilə
İsmayılov İdris Şahin oğlu
“İgidliyə görə” medalı ilə
Aslanov Həzi Əşir oğlu
Məmmədov Musa Nüsrət oğlu
“Tərəqqi” medalı ilə
Allahverdiyev Mayıs Yusif oğlu
Babayev Habil İsmayıl oğlu
Cəfərov Ehtiram Rəşid oğlu
Cəlalov Musa Seyidəli oğlu
Əzizov Ramil Arif oğlu
Gidayev Pərviz İsa oğlu
Həsənov Alı Kamal oğlu
Həsənov İlyas İbrahim oğlu
Hüseynov Azər Fehruz oğlu
İsayev Raqif Deputat oğlu
Sadıxov Etibar Tofiq oğlu
Mansırov Hətəm Mansır oğlu
Məmmədov Asəf Cəmil oğlu
Səfərov Sabir Xıdır oğlu
Tağıyev Əli Məzahir oğlu
Talıbov Eldar Cəfər oğlu.