Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 11-də Elşad Əliyevə “Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Elşad Məmmədqulu oğlu Əliyevə “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilsin".
Qeyd edək ki, Elşad Əliyev hazırda Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışır.