Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 oktyabr tarixli 2445 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Dəyişikliyə əsasən, sərəncamın 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:
“Komissiyanın həmsədri
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Azərbaycan Respublikası energetika nazirinin müavini Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Azərbaycan Respublikası təhsil nazirinin müavini Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini Azərbaycan Respublikasının Hindistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri”.
Xarici İşlər Nazirliyinə dəyişiklik barədə Hindistan Respublikası tərəfinə bildiriş göndərmək tapşırılıb.