İtaliya Prezidenti Azərbaycanın “Heydər Əliyev” ordeni ilə təltif olunub

A- A A+

Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə İtaliya Respublikasının Prezidenti Sercio Mattarella “Heydər Əliyev” ordeni ilə təltif edilsin.”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: