Laura Mattarella “Şöhrət” ordeni ilə təltif olunub

A- A A+

Prezident İlham Əliyev Laura Mattarellanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında humanitar əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Laura Mattarella “Şöhrət” ordeni ilə təltif edilsin.”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: