NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Culfa rayonunun ərazisində tikilən 1 meqavatlıq Külək-Günəş Hibrid Elektrik Stansiyasında görülən işlərlə maraqlanıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev bildirib ki, ərazidə günəş panellərinin yerləşdirilməsi üçün dəmir strukturlar quraşdırılıb, külək turbinlərinin bünövrəsi qoyulur. Həmçinin burada yarımstansiya tikilir.
Ali Məclisin Sədri ərazinin çəpərlənməsi, müşahidə kameralarının quraşdırılması, lazım olan materialların sifariş verilməsi, günəş su qızdırıcılarının kəndlərdə ardıcıl quraşdırılması ilə bağlı tapşırıqlar verib.