Ali Məclisin Sədri Fərman imzaladı

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 19-da Naxçıvan  Muxtar  Respublikası  Mədəniyyət Nazirliyinin fəaliyyətinin  təmin edilməsi haqqında fərman imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, fərmanda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:

1. “Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).

3. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin işçilərinin say həddi 47 ştat vahidi olmaqla, Nazirliyin Aparatı üzrə 24 ştat vahidi, rayon (şəhər) mədəniyyət şöbələri üzrə 23 ştat vahidi müəyyən edilsin.

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin ”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: