İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “SUEZ” qrupunun baş icraçı direktoru Jan Lui Şassod ilə görüşüb.
NUHÇIXAN xəbər verir ki, görüşdə “SUEZ” şirkətinin Bakı və Sumqayıt şəhərlərində içməli suyun təmizlənməsi üzrə bir neçə layihədə iştirakından danışılıb. Azərbaycanın əhalisinin artdığını qeyd edən Prezident İlham Əliyev bu layihələrin vacibliyinə toxundu, onların strateji əhəmiyyətini qeyd edib.
Söhbət zamanı bu sahədə mövcud təkliflər nəzərdən keçirildi, gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.