Prezident İlham Əliyev dekbarın 7-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilsin:
polkovnik Ağamir Əzizxan oğlu Sultanova
polkovnik Anar Təvəkkül oğlu Kərimova
polkovnik Namiq Sərəfruz oğlu İslamzadəyə
polkovnik Zaur Sabir oğlu Məmmədova".