Polad Həşimova, İlqar Mirzəyevə və İbad Hüseynova “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi - SƏRƏNCAM
Prezident İlham Əliyev dekabrın 9-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin:
Həşimov Polad İsrayıl oğlu – general-mayor (ölümündən sonra)
Mirzəyev İlqar Anzor oğlu – polkovnik (ölümündən sonra)
Hüseynov İbad Mövsüm oğlu – ehtiyatda olan baş çavuş".