Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Emmanuel Makronun görüşü olub - YENİLƏNƏCƏK - FOTOLAR
İyulun 20-də Parisdə, Yelisey Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Emmanuel Makronun görüşü olub.
NUHÇIXAN xəbər verir ki, Yelisey Sarayının qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Dövlət başçıları birgə foto çəkdiblər.