Xarici Kəşfiyyat Xidmətinin strukturunda dəyişiklik edilib

A- A A+

"Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin strukturu"nda dəyişiklik edilib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmanla həmçinin “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə və “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik təsdiq edilib.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: