Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkı yaradılacaq - SƏRƏNCAM

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 14-də Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Muxtar respublikada innovasiyayönümlü iqtisadiyyata keçid, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan xidmət sahələrinin genişləndirilməsi, elmi tədqiqatların aparılması və nəticələrinin sənayedə tətbiqi ali təhsil müəssisələrində müasir komplekslərin yaradılmasını zərurətə çevirir.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq elmlə istehsalat arasında qarşılıqlı əlaqənin qurulması, istehsalatın yeni elmi ideyalar əsasında inkişafı, elmi tədqiqatlara olan xərclərin səmərəliliyinin yüksəldilməsi məqsədilə qərara alıram:

1.Naxçıvan Dövlət Universitetində 2 hektar ərazini əhatə edən, müxtəlif elm sahələri üzrə təcrübə-konstruktor, elmi-tədqiqat və startap layihələrinin mühüm elmi nəticələrinin sənaye və xidmət sahələrində tətbiqini həyata keçirən sosial, mədəni, mühəndis-kommunikasiya təminatı olan obyektlər kompleksindən ibarət Texnologiyalar Parkı (Texnopark) yaradılsın.

2. Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi Texnologiyalar Parkının texniki xüsusiyyətlərinə aid tələbləri nəzərə almaqla mühəndis-kommunikasiya təchizatını təmin etsin.

3. Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Naxçıvan Dövlət Universitetinin təklifləri əsasında Texnologiyalar Parkının layihəsini hazırlayıb təqdim etsin.

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: