Ali Məclisin Sədri Fərman imzaladı

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 18-də “Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Fərmanda deyilir: 

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əsasında publik hüquqi şəxs statuslu Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi yaradılsın.

2. Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzipublik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilsin .

3.Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzipublik hüquqi şəxsin strukturu” təsdiq edilsin.

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: