ADNSU-nun 100 illik yubiley medalı təsis edilib

A- A A+

Prezident İlham Əliyev “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 100 illiyi (1920-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Qanuna “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilir:

“Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” yubiley medalı;”.

Həmçinin, “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilir (əlavə olunur).

“Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: