Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab Zoran Milanoviçə başsağlığı məktubu ünvanlayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Ölkənizdə baş vermiş zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Xorvatiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".