Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi təsdiq edilib - FƏRMAN
Dekabrın 30-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyası keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həmin sessiyada Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi də təsdiq edilib.
Fondun büdcəsinin gəlirləri 109 milyon 400 min manat, xərcləri isə 202 milyon 750 min manat məbləğində müəyyən edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun tətbiqi barədə Fərman imzalayıb.