Dekabrın 30-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyası keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həmin sessiyada Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin seçilməsi məsələsinə də baxılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarına əsasən Əliyev Əjdər Zahid oğlu, Məmmədov Şamxal Şükür oğlu, Ağayev Arif Qurban oğlu, İbrahimli Xatirə Mikayıl qızı, Şirəliyeva Şəhla Kifayət qızı, Quliyeva Ceyran Manaf qızı və Hüseynzadə Əkrəm Rüfət oğlu Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri seçiliblər.
Ali Məclisin müvafiq Qərarını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təsdiq edib.