Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına fəxri adlar verildi - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev dekabrın 30-da Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar həkim”

Əliyev Kamal Namiq oğlu – tibb xidməti polkovniki 

Aslanov Fikrət Əhəd oğlu

“Əməkdar mühəndis”

Abdullayev Elmidar Cümşüd oğlu 

Ağamirzəyev Ruslan Çoban oğlu
Ələsgərov Səyyad Əlməhəmməd oğlu
Qarayev Sahib Aslan oğlu
Quliyev İbrahim Sadıq oğlu".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: