Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşlarına fəxri adlar verilib - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev dekabrın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar elm xadimi”

Babanlı Mustafa Baba oğlu

Əliyev Araz Rafiq oğlu
Qardaşova Lətafət Abbas qızı
Məmmədov Pərviz Ziya oğlu

“Əməkdar müəllim”

Əhmədov Əli Hikmət Soltan Əhməd oğlu

Əmirov Fariz Əli oğlu
Həsənov Ələkbər Ağasəf oğlu
İmanova Gülarə İsrafil qızı
Qurbanov Əzizağa Şıxı oğlu
Məmmədov Qasım Əmir oğlu
Musayev Müsavər Abdusalam oğlu
Naibova Tamilla Muxtar qızı
Nərimanov Nəriman Rüstəm oğlu
Yusifov Səməd İmaməli oğlu
Zeynalov Razim Abdul oğlu

“Əməkdar mühəndis”

Həbibov İbrahim Əbülfəz oğlu

İsmayılov Qafar Qulamhüseyn oğlu".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: