Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları təltif edildi - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

“ASAN xidmət” işçilərinin peşə bayramı günü münasibətilə və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Baxşəliyev Kamil Qəhrəman oğlu

Əliyev Əşrəf Yusif oğlu
Məmmədov Elvin Qasım oğlu
Osmanov Kənan İslam oğlu
Rəhimova Kəmalə Fizuli qızı
Rüstəmov Şahbaz Qadir oğlu

“Tərəqqi” medalı ilə

Cavadov Mehdi Nasir oğlu
Əmiraslanova İradə Azər qızı
Məmmədli Sahil Gülağa oğlu
Naxçıvanski Cəmşid Yusif oğlu
Niftəliyev Elnur Allahverdi oğlu".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: