Prezident İlham Əliyev dekabrın 30-da Bir qrup vəkilin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
“Vəkil günü” peşə bayramı münasibətilə və Azərbaycanda hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Axundov Aydın Ağa oğlu
Ələkbərov Pərviz Saday oğlu
Həsənov Şəfayət Qardaşalı oğlu
Həsənova İlhamə Zakir qızı
İbrahimov Ramiz Hilal oğlu
Qəhrəmanova Qəmizə Salman qızı
Məmmədov Şahmar Elbrus oğlu
Rəcəbova Eleonora Viktorovna".