Azərbaycan Milli Konservatoriyasının əməkdaşları təltif edilib - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev dekabrın 30-da Azərbaycan Milli Konservatoriyasının əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Milli Konservatoriyasının 20 illiyi münasibətilə və Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Milli Konservatoriyasının aşağıdakı əməkdaşları təltif edilsinlər:

“Şərəf” ordeni ilə

Kərimi Siyavuş Əşrəf oğlu

2-ci dərəcəli “Əmək” ordeni ilə

Kazımov Nazim Kazım oğlu

“Tərəqqi” medalı ilə

Bayramov Təyyar Allahverdi oğlu

Əhmədov Elnur Oruc oğlu
Əliyeva Ülkər Sabir qızı
Əzizov Ramiz Mahmud oğlu
Fətalıyev Şirzad Nizan oğlu
Hacızadə Hicran Səməd-ağa qızı
Hüseynli Anar Vaqif oğlu
Məmmədov Məmmədəli Mirəli oğlu
Müzəffərov Bakıxan Məmmədqulu oğlu
Paşazadə Sahib Ağaverdi oğlu".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: