Prezident İlham Əliyev dekabrın 30-da Kənd təsərrüfatı işçilərinə “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Kənd təsərrüfatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı verilsin:
Əliyev Vahid Mövsüm oğlu
Nəbiyev Məmmədzadə Hünbət oğlu
Rzayev Hümbət Məmməd oğlu
Təlai Cavanşir Mütəllib oğlu".