Müharibə və 20 Yanvarla əlaqədar əlilliyi olan şəxslərə verilən Prezident təqaüdü artırılıb - FƏRMAN
Prezident İlham Əliyev “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərman imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Fərmana əsasən, “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” dərəcə əlilliyi olan şəxslərə – 250 manatdan 400 manata, I dərəcə əlilliyi olan şəxslərə 230 manatdan 350 manata, I dərəcə əlilliyi olan şəxslərə 210 manatdan 300 manata qaldırılıb.
Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.