Prezident İlham Əliyev dekabrın 30-da Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, təltif edilənlər arasında Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşı da vardır.
Prezidentin Sərəncamı ilə Seyidov Kənan Mir Yəhya oğlu xidməti vəzifəsini yerinə yetirərkən fərqləndiyinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.