Prezident Naxçıvanın dəmiryolu işçilərini təltif etdi - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev dekabrın 30-da Azərbaycan dəmir yolu nəqliyyatı işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, təltif edilənlər arasında “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları da vardır.

Prezidentin Sərəncamı ilə Allahverdiyev Mübariz Həsən oğlu, Cavadov Ağa Tahir oğlu və Əliyev Asif Çərkəz oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, həmin şəxslər Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında səmərəli fəaliyyətinə görə təltif ediliblər.
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: