Prezident Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını təltif edib - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev dekabrın 30-da Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, təltif edilənlər arasında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da vardır.

Prezidentin Sərəncamı ilə kapitan Həsənov Oqtay Özbəyi oğlu “Hərbi xidmətlərə görə” medalı ilə, Əliyev Xəzər Vaqif oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə, daxili xidmət mayoru Hüseynov Nəsimi Zahid oğlu isə 3-cü dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, həmin şəxslər xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə təltif ediliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: