Prezident İlham Əliyev dekabrın 30-da Kənd təsərrüfatı işçilərinə “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adının verilməsi və Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncamlar imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, təltif edilənlər arasında Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı sahəsində çalışanlar da vardır.
Prezidentin Sərəncamı ilə Rzayev Hümbət Məmməd oğlu “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı ilə, Talıbov Cehun Abbas oğlu 1-ci dərəcəli “Əmək” ordeni ilə, Cəfərov Hüseyn Oruc oğlu 2-ci dərəcəli “Əmək” ordeni ilə, Həsənov Cəmşid İbrahimxəlil oğlu 3-cü dərəcəli “Əmək” ordeni ilə, Seyidov Mirvasif Adil oğlu və Şıxəliyev Fariz Qəzənfər oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.
Qeyd edək ki, həmin şəxslər kənd təsərrüfatının inkişafında xidmətlərinə görə təltif ediliblər.