Nərgiz Qurbanova Azərbaycanın Polşadakı səfiri təyin olunub - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev yanvarın 8-də Nərgiz Qurbanovanın Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Nərgiz Akif qızı Qurbanova Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin".

Prezidentin digər Sərəncamı ilə Nərgiz Akif qızı Qurbanova Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: