Prezident İlham Əliyev Qırğız Respublikasının yeni seçilmiş Prezidentini təbrik edib

209

Prezident İlham Əliyev Qırğız Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Sadır Japarova məktub ünvanlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Japarov,

Qırğız Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost Qırğızıstan xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: