Şəhriyar Kənd Mərkəzində hərtərəfli şərait yaradılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yanvarın 14-də Şəhriyar Kənd Mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb.

Bildirilib ki, 3 mərtəbəli binada dövlət qurumları əhaliyə səmərəli xidmət göstərəcəkdir. Mərkəzdə rabitə evi, polis sahə və baytarlıq məntəqələri, 5027 ədəbiyyat fonduna malik olan kitabxana, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, statistika və arxiv otaqları, 44 yerlik zal vardır.

Şəhriyar  kəndində baytarlıq xidmətinin təşkilinə xüsusi diqqət yetirilir, mütəmadi olaraq baytarlıq müşahidələri aparılır, dezinfeksiya və dezinseksiya tədbirləri görülür. Kənddə maldarlıq və heyvandarlıqla yanaşı, əkinçilik, arıçılıq da inkişaf etdirilir.

Yeni Azərbaycan Partiyası Şəhriyar kənd ərazi ilk təşkilatının sədri Ələkbər Əliyev təşkilat üzvləri və kənd ictimaiyyəti adından minnətdarlıq edərək deyib ki, bu gün Şəhriyar kənd yeni sosial obyektlər istifadəyə verilir. Bütün bunlar kənd əhalisinin rahatlığının təmin olunmasında mühüm rol oynayacaqdır. Quruculuq, inkişaf Yeni Azərbaycan Partiyasının fəaliyyətinin nəticəsidir. Şəhriyar kənd ərazi ilk partiya təşkilatının 102 üzvü vardır ki, onların da 31-i gənc, 36-sı qadın, 28-i ali təhsillidir. Təşkilatımızın üzvləri kəndin ictimai işlərində fəal iştirak edirlər.

Rabitə evində poçt bölməsi yaradılıb, bu sahə üzrə göstərilən xidmətlərin səviyyəsi yüksəldilib. Burada yeni nəsil texnologiyalara əsaslanan 320 nömrə tutumlu ATS quraşdırılıb, genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Hazırda Şəhriyar kəndində 210 telefon və 96 internet istifadəçisi vardır.

Ali Məclisin Sədri akt zalında ailə təsərrüfatı sahiblərinin maarifləndirilməsi və digər tədbirlərin keçirilməsi ilə bağlı tapşırıqlar verib.

Binada fərdi istilik sistemi quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb..

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: