İnsan sağlamlığı dövlət siyasətinin əsas prioritetidir - FOTOLAR

A- A A+

Ölkəmizdə dövlət siyasətinin əsas istiqamətini vətəndaşların sağlamlığı təşkil edir. Muxtar respublikada da müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası insanların sağlamlığının qorunması üçün geniş imkanlar açır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yanvarın 14-də Şəhriyar kəndində həkim ambulatoriyası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhiyyə ocağının fəaliyyəti ilə maraqlanıb.

Məlumat  verilib  ki,  ambulatoriya 8 otaqdan ibarətdir. Burada baş həkim, stomatoloji kabinə, doğuş, peyvənd, manipulyasiya, qeydiyyat otaqları və aptek vardır. Həkim ambulatoriyasında stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar qoyulub. Ambulatoriyada elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksəktezlikli cərəyanla müalicə aparatı, parafinəritmə qazanı, solyuks lampası vardır.  

Ali Məclisin Sədri patronaj xidmətinin, yaş qruplarına uyğun işin təşkili, ambulatoriyada fəaliyyət göstərən aptekin tələbata uyğun dərman preparatları sifarişinin verilməsi və tibbi maarifləndirmə işinin aparılması barədə tapşırıqlar verib.

Binada fərdi istilik sistemi quraşdırılıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: